Əlaqə telefonu:
(+994 12) 555 00 66
(+994 55) 450 00 66

Ofislərin köçürülməsi

OFİSLƏRİN KÖÇÜRÜLMƏSİ

“Gold Transit” şirkəti ofis köçürülməsini tez, etibarlı şəkildə təşkil edəcək, Siz isə peşəkar mütəxəssislərimizin işindən həzz alacaqsınız. Bu prosesin tez və etibarlı keçməsi üçün əsas qaydalara əməl etmək lazımdır. Köçmə üzrə menecer qiymətləndirmə işləri üçün ofisə gəlməli, şəraiti dəyərləndirməli, həcmi bilməli, lazım olacaq qablaşdırma materialının miqdarını hesablamalıdır.

Bundan sonra o, maşının optimal həcmini müəyyən edir ki, həm bütün əşyalar yerləşsin, həm də böyük maşına görə əlavə pul verməyə ehtiyac olmasın. Bundan əlavə, o, işçilərin sayını, söküləcək mebelin miqdarını hesablayacaq. Çünki elə mebel var ki, onu sökməmək daha sərfəlidir. Mebelin sökülüb-yığılması ofis köçürülməsinin ən uzun və ən bahalı hissəsidir.

“Gold Transit” şirkəti köçürülməni müqavilədə göstərilmiş vaxtda və müddətdə həyata keçirəcək, daşınma zamanı mülkiyyətinizin bütövlüyü təmin olunacaq, şirkətin mülkiyyəti və işçilərin şəxsi əşyaları səliqə ilə yerləşdiriləcək.

Ofis köçürülməsi üzrə xidmətlər dünya standartlarına və tələblərinə uyğun olaraq həyata keçirilir. Bu prosesə bir sıra işlər daxildir: qablaşdırma materiallarının çatdırılması, interyer və digər əşyaların qablaşdırılması, onların yüklənməsi, köhnə yerdən yeni ofisə daşınması və yerləşdirilməsi.

Əlaqə
(+994 12) 555 00 66
(+994 55) 450 00 66
info@gold-transit.com
Ünvan
Cəfər Cabbarlı küç. 44
(Caspian Plaza)