Əlaqə telefonu:
(+994 12) 555 00 66
(+994 55) 450 00 66

Təntənəli və rəsmi tədbirlərdə xidmət

TƏNTƏNƏLİ VƏ RƏSMİ TƏDBİRLƏRDƏ XİDMƏT

“Gold Transit” şirkəti təntənəli tədbirin təşkili zamanı lazım ola biləcək bütün nəqliyyat növlərini təklif edir. Ad günü, toy və ya şənlik – belə tədbirlər üçün sizə xüsusi nəqliyyat lazım olacaq. Ən təntənəli tədbirlər üçün isə limuzin, kabriolet və ya yüngül avtomobil sifariş edə bilərsiniz.

Korporativ tədbirlərdə xidmət

“Gold Transit” şirkəti korporativ bayram və ya tədbir üçün nəqliyyat təqdim etməyə hazırdır. Şirkətiniz şəhərkənarına çıxırsa, peşəkar treyninq, banket, ekskursiya və ya ildönümü mərasimi təşkil edirsə, bizim şirkətdən müxtəlif rahatlıq səviyyəli avtobuslar sifariş edə bilərsiniz. Ödənişi həm nəğd yolla, həm də nəğdsiz hesablaşma ilə həyata keçirmək olar. Biz öz tərəfimizdən isə təmiz nəqliyyata, təcrübəli və punktual sürücülərə və razılaşdırılmış bütün öhdəliklərin tamamilə həyata keçirilməsinə zəmanət veririk.

Qarşılamalar və yola salmalar üçün nəqliyyat icarəsi

“Gold Transit” şirkətində aeroportda qarşılamanı təşkil etmək üçün avtomobil və ya tutumlu mikroavtobus sifariş edə bilərsiniz. Sürücü sizi uçuş zonasında üzərində adınız olan lövhəciklə qarşılayacaq.

Şəhərlərarası səfərlər üçün nəqliyyat

Biz nəqliyyat daşınmalarını Azərbaycanın şəhərlərinə də həyata keçiririk. Sizin xidmətinizə beynəlxalq səfərlər üçün sənədləri olan rahat avtomobillər və təcrübəli sürücülər təklif olunur.

VIP-xidmət

“Gold Transit” şirkəti VIP müştərilər üçün nəqliyyat xidməti təklif edir: biznes və VIP klass avtomobilləri ilə aeroportlardan transferlərin təşkili.

Əlaqə
(+994 12) 555 00 66
(+994 55) 450 00 66
info@gold-transit.com
Ünvan
Cəfər Cabbarlı küç. 44
(Caspian Plaza)