Əlaqə telefonu:
(+994 12) 555 00 66
(+994 55) 450 00 66

İstənilən növ sərnişin daşınmaları

İSTƏNİLƏN NÖV SƏRNİŞİN DAŞINMALARI

«Gold Transit” şirkəti sərnişin daşınmaları sahəsində səriştəli və təcrübəli xidmət təchizatçısı hesab edilir. Biz ixtisaslı heyət seçiminə ciddi yanaşdığımız və nəqliyyat vasitələrimizin təhlükəsizliyinin və sazlığının qayğısına qaldığımız üçün keyfiyyətli və etibarlı xidmətə təminat veririk.

Avtomobil parkımızın VIP-klass avtomobillərindən tutmuş komfort-klass avtomobillərinə kimi hər növ nəqliyyat vasitəsi sizin xidmətinizə təqdim olunur. Avtomobil seçimini hər bir səfərin məqsədini nəzərə almaqla özünüz etməlisiniz.

Möhtəşəm nəqliyyatda sərnişin daşınmaları toy və ya digər mərasimlərin təşkili üçün, komfort-klass nəqliyyatı isə sərnişinlərin paytaxt və ya ölkə ərazisində tez və ucuz daşınması üçün uyğundur. “Gold Transit” şirkəti sizə optimal nəqliyyat növünü seçməyə, oturacaqların lazımi sayını hesablamağa kömək edəcək və ən rahat marşrut variantlarını təklif edəcək.

Şirkətimiz həm də korporativ müştərilərimizin əməkdaşların daşınması üçün mikroavtobus daşınmaları xidmətini təklif edir. Xidməti nəqliyyatın təmin olunması şirkətinizin etibarlılığının göstəricisidir, bu işçilərin şəhərkənarı ofis və ya sexə çatıdırılması problemini həll edir, gecikmələr problemini aradan qaldırmaqla iş vaxtı itkisini əhəmiyyətli dərəcədə azaldır. Belə sərnişin daşınmaları mütəmadi (məsələn, tikinti obyektinə çatdırılma) və daimi (işçilərin ofisə hər gün çatdırılması) ola bilər.

Mikroavtobusla sərnişin daşınmaları iş partnyorlarının qarşılanması və insanların aeroportdan və aeroporta daşınması zamanı çox geniş istifadə olunur. Müştəri bu xidmət növünü sifariş etməklə daşınmanı işin peşəkarlarına həvalə edir və sərnişinin, onun yükünün vaxtı-vaxtında çatdırılması məsuliyyətini bizim üzərimizə qoyur.

Əlaqə
(+994 12) 555 00 66
(+994 55) 450 00 66
info@gold-transit.com
Ünvan
Cəfər Cabbarlı küç. 44
(Caspian Plaza)